Türkiyə Olimpiya Komitəsi - Türkiyə I Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq
28 Aprel 2015 16:01 İdmanTürkiyə Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək səviyyədə iştirak edəcək. Bu barədə Trend-ə Türkiyənin Milli Olimpiya Komitəsindən bildiriblər. Komitənin məlumatına əsasən, I Avropa Oyunlarına Türkiyədən ümumilikdə 184 idmançı qatılacaq. "Türkiyə ümid edir ki, ölkəni I Avropa Oyunlarında təmsil edən idmançılar yüksək nailiyyətlər əldə edəcək ki, bu da onların 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına şərait yaradacaq" - deyə komitədən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31