Azərbaycan futbol ailəsinin 80000-ci üzvü
28 Aprel 2015 13:16 İdmanMəlum olduğu kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin - qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 80000-ci üzvü AFFA-nın həyata keçirdiyi "Coca-Cola Məktəbli Kuboku" turnirinin iştirakçısı Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31