Gənc güləşçilər Batumidə yarışacaq
28 Aprel 2015 12:19 İdmanMayın 2-3-ü tarixlərində Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında 8 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Heyətdə Namiq İmanlı (50 kq), Təbriz Yusifzadə (55 kq), Mikayıl Rəhmanov (60 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (74 kq), Seyidməhəmməd Ömərov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31