Əcnəbilərin gözü ilə: Avropa Oyunları Bakının dünyada daha yaxşı tanınmasında əla fürsətdir

Birinci Avropa Oyunları Bakının dünyada daha yaxşı tanınması üçün əla fürsət olacaq. Bunu Trend-ə "BP Azerbaijan" şirkətinin ABŞ-dan olan əməkdaşı Rendall Hikman (Randall J.Hickman) bildirib. Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının Avropadan və digər dünya ölkələrindən olan tamaşaçıları Bakının son illərdə necə dəyişdiyini, yeni müasir binalarla zənginləşdiyini görə biləcəklər. Hikmanın sözlərinə görə, Birinci Avropa Oyunları Bakı sakinlərinə dünyanın ən yaxşı idmançılarının iştirak etdiyi yarışları yaxından izləmək imkanı yaradır. "Şəxsən, Avropa Oyunlarının bir neçə yarışına baş çəkmək fikrim var", - deyə R.Hikman əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31