"Barselona"nın ulduzu türklərdən üzr istədi

Aprelin 25-də qondarma erməni "soyqırımı"nın 100 illiyi ilə bağlı pankart açan "Barselona"nın futbolçusu Daniel Alveş etdiyi hərəkətdən peşman olub. Trend-in məlumatına görə, "twitter" sosial şəbəkəsindəki səhifəsində paylaşdığı fotoları silən braziliyalı futbolçu türk azarkeşlərdən üzr istəyib. Alveş hərəkətini belə əsaslandırıb: "Bütün türk azarkeşlərimizdən üzr istəyirəm. Fotoların onları bu qədər məyus edəcəyini düşünməmişdim. Bir çox türk dostlarım var. Mən sülh içində olan bir dünya istəyirəm. İnsanlara heç vaxt zərər vermərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31