Karateçilərimiz Avropa çempionatında uğurla çıxış etmişlər
27 Aprel 2015 14:03 İdman10-12 aprel 2015 - ci il tarixlərində Latviyanın paytaxdı Riqa şəhərində "Şərq döyüş növlərinin olimpiyadası" və "Kontakt Karate Şotokan" üzrə Avropa yarışmaları keçirmilmişdir. Bu çempionatlarda ölkəmizi Azərbaycan Karate Federasiyaları Assosiasiyasının nümayəndəsi 5 -ci dərəcəli Azərbaycanın Əməkdar məşqiçisi Sədi Namazovun rəhbərliyi altında 21 idmaçı "WKC" növləri üzrə Karateçi idmançılarımız, "Nefçi İdman Klubu" və "Qaradağ İdman Klubu" təmsil etmişlər. Bunlardan Şotakan Karate WKF idman növü üzrə Avropa çempionatlarda üç qızıl, bir gümüş, bir bürünc, "Kontakt Karate" üzrə üç birinci yer, bir ikinci yer və iki bürünc qazanmışlar. "Şərq döyüş növlərinin olimpiyadası" üzrə isə yarışlarda iki qızıl və iki bürünc medala layiq görülmüşlər. 17-19 aprel 2015- ci il tarixlərində isə Latviyanın Daugavpıls şəhərində 5 -ci "S.K.D.U.N. JK A" Karate-Do üzrə Avropa çempionatı keçirilmiş və 15 idmaçılarımız bu yarışda Azərbaycanı uğurla təmsil etmişlər. Avropanın 32 dövlətin iştirakı ilə keçirilən yarışlarda idmançılarımız 21 - 39 kişilər arasında komanda yarışında birici yer tutmuş onlardan fərdi döyüşlərdə iki qızıl, üç gümüş və üç bürünc yer qazanmışlar. Yarışlarda iştirak edən idmançılarımızdan Sədi Namazov, İsmayıl Bayramzadə, Səbuhi Nuriyev və Xəqani Niftəliyev birinci yer tutaraq Avropa çemiyonu olmuşlar. İmdançılarımızdan Sədi Namazov, Həsən Quliyev, Aqşin İbrahimov, Yalçın Qarayev və Nurlan Quliyev isə Komanda yarışında Avropa çempiyonu olmuşlar.