Güləşçilərimiz Bolqarıstandan qızıl medalla döndü

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, 53-cü dəfə keçirilən turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edib. 55 kq çəkinin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Bolqarıstan və İtaliya təmsilçilərini üstələyən təcrübəli Nataliya Sinişin finalda digər təmsilçimiz, Tunis və Almaniya güləşçilərini üstələyən gənc Alyona Kolesnik ilə qarşılaşıb. Maraqla gözlənilən final görüşü təcrübəli Nataliya Sinişinin qələbəsi ilə yekunlaşıb. Nataliya Sinişin qızıl, Alyona Kolesnik isə gümüş medala yiyələnib. Ümumilikdə qadın güləşçilərimiz Avropa Oyunları öncəsi Bolqarıstanda qatıldıqları növbəti sınaq yarışını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31