Güləşçilərimiz Bolqarıstana gedir

Aprelin 24-26-ı tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a daxil olan məlumata görə, 53-cü dəfə keçirilən turnirdə sərbəst və yunan-Roma güləşi üzər kişilər və sərbəst güləş üzrə qadınlar mübarizə aparır. Bu dəfəki turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edəcək. Turnirin proqramına əsasən, aprelin 24-də 55, 60 və 69 kq, 25-də 48, 58 və 75 kq qadın güləşçilər mübarizə aparacaq. 53 və 63 kq çəkidə qadın güləşçilər isə turnirin son günündə yarışacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31