"Rəvan" çempionatdan kənarlaşdırıldı
21 Aprel 2015 19:48 İdmanBakının "Rəvan" klubunun 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatında mübarizəni dayandırıb. Qol.Az-ın məlumatına görə, klub bununla bağlı AFFA-ya məktub ünvanlayıb. Həmin məktub nəzərə alınaraq İntizam Komitəsinin qərarı ilə "Rəvan" klubu U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb. Klub oyunların 50 faizdən çoxunu keçirdiyinə görə növbəti görüşlərdə kluba 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31