"Borussiya" yeni baş məşqçisini rəsmən açıqladı

Dortmundun "Borussiya" klubu yeni baş məşqçisini rəsmi şəkildə mediaya təqdim edib. Apasport.az xəbər verir ki, bu, əvvəllər "Maynz"ı çalışdıran Tomas Tuxeldir. 41 yaşlı mütəxəssis bu ilin iyulundan öz işinə başlayacaq. Müqaviləyə əsasən, almaniyalı 3 il müddətində "sarı-qaralar"ı çalışdıracaq.

Xatırladaq ki, "Borussiya"nın indiki baş məşqçisi Yurqen Klopp klubdan yayda ayrılacaq. Komandanın son uğursuzluqlarının ardından rəhbərlik onunla vidalaşacaqlarını bildirmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31