"İnter" yerini bərkitdi, AZAL "Sumqayıt"la bacarmadı

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir. Trend-in məlumatına görə, AZAL "Sumqayıt"ı sınağa çəkib. Oyunda hesabı "təyyarəçilər" açıblar - 75-ci dəqiqədə Valeri Kutsenko rəqib qapısına yol tapıb. 90+1-ci dəqiqədə isə Məhəmməd Qurbanov bərabərliyi təmin edib - 1:1.

"Bakı" "İnter"i qəbul edib. "Bankirlər" oyuna daha fəal başlayıblar - 10-cu dəqiqədə Derlis Meza Kolli fərqlənib. 56-cı dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi artırıb. Son saniyələrdə isə Nurlan Novruzov təsəlli qolunu vurublar - 1:2.

Beləliklə, "İnter" 26 oyundan 50 xalla 2-ci sıradadır. "Qarabağ" 57 xalla 1-ci, "Neftçi" isə 46 xalla 3-cüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31