Avropa kubokundan 4 medal
16 Aprel 2015 13:59 İdmanÇexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışında Azərbaycan millisi 4 medal qazanıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, idmançılarımızdan İbrahim Bayramlı (50 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 55 kq) və İsmayıl İbrahimov (60 kq) bürünc medallara sahib olublar. Paşa Əliyev (60 kq) və Nahid Amanov (73 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olaraq, turniri 5-ci pillədə başa vurublar.
Qeyd edək ki, Avropa kubokuda 33 ölkədən 687 cüdoçu mübarizə aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31