Baş məşqçi: Bakı-2015 Avropa Oyunları Rusiya yığması üçün Olimpiya Oyunlarına bərabərdir
15 Aprel 2015 19:16 İdmanBədii gimnastika üzrə Rusiya yığması Bakıda I Avropa Oyunlarında güclü heyətlə təmsil olunacaq. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu yığmanın baş məşqçisi, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova deyib. Onun sözlərinə görə, dünyada lider mövqedə qərarlaşmış bütün Avropa bədii gimnastikası Bakıda təmsil olunacaq: "Buna görə də Bakıdakı Oyunlar bizim üçün Olimpiya Oyunlarına bərabərdir və Rusiya yığmasının heyəti ən güclü olmalıdır".
Qeyd edək ki, iyunun 12-28-də Bakıda I Avropa Oyunları keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31