Simeone: "Şanslar bərabərdir"

"Komandaların sürətli oyun nümayiş etdirəcəyini düşünürəm. Əvvəlki matçlardan fərqli qarşılaşma olacaq. Hər iki komandanın növbəti tura yüksəlmə şansı bərabərdir". Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalında "Real"la ilk oyun öncəsi deyib. Argentinalı mütəxəssis bildirib ki, "Real"ın heyəti "Atletiko" ilə müqayisədə daha yaxşı futbolçulardan təşkil olunub: "Ancaq buna baxmayaraq biz meydana qələbə üçün çıxacağıq. Buna görə ən yaxşı oyunumuzu nümayiş etdirəcəyik".

Qeyd edək ki, "Atletiko" - "Real" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31