"Bavariya"da ciddi itkilər
14 Aprel 2015 19:30 İdman"Bavariya" "Portu"ya qarşı Çempionlar Liqasının 1/4 finalında keçiriləcək ilk matça ciddi itkilərlə çıxacaq. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, zədə səbəbindən Frank Riberi və Bastian Şvaynştayqer sözügedən qarşılaşmanı buraxacaqlar.
Qeyd edək ki, uzun müddətlik sıradan çıxan David Alaba və Aryen Robbenin "Portu"ya qarşı matçda oynamayacağı bundan əvvəl açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31