AFFA 3 Premyer Liqa klubunu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin aprelin 14-də iclası keçirilib. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, iclasda Komitə yeni qərarlarını açıqlayıb. Qərara əsasən, Topaz Premyer Liqasının XXIX turunun "Xəzər Lənkəran" - "Neftçi" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmçinin Oyunun 33-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 63 №-li futbolçusu Alfred Sankoh ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə edilib. Eyni zamanda "Qəbələ" - "Simurq" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Sumqayıt" - "Bakı" matçında isə "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31