Məşhur klub iki futbolçu ilə maraqlanır
13 Aprel 2015 19:28 İdman"Çelsi" təmsilçisi bu həftə "Atletiko"nun müdafiəçisi Joao Mirandanı izləmək üçün İspaniyada olub. Goal.az xəbər verir ki, "zadəganlar"ın idman direktoru Maykl Emenalo "Malaga" ilə "Atletico"nun matçında (2:2) iştirak edib. Mirandanın Madrid təmsilçisi ilə müqaviləsi 1 ildən sonra başa çatacaq. Tərəflər ötən yay artıq Filipe Luis və Diyeqo Koştanın transferi zamanı əlaqə qurublar. London klubu, həmçinin "Parma"nın yarımmüdafiəçisi Xose Mauri ilə də maraqlanır. 18 yaşlı futbolçu, böyük ehtimalla, çətin günlərini yaşayan "Parma"nı mövsümün sonunda tərk edəcək. O, "Bavariya", "Mançester Yunayted" və "Yuventus"un da diqqət mərkəzindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31