Final mərhələsinə hazırlıq müzakirə olunub – AFFA-da
13 Aprel 2015 16:59 İdmanAFFA-nın baş katibi Elxan Məmmədov aprelin 13-də Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüş keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüşdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyinat, həmçinin U-17 yığmamızın gələn il keçiriləcək Avropa çempionatına hazırlıq prosesi ətraflı müzakirə olunub. Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2016-cı ildə Azərbaycanda keçiriləcək və U-17 yığmamız təşkilatçı ölkənin təmsilçisi olaraq final mərhələsində iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31