Gənclərin velosiped yarışı keçirilib
13 Aprel 2015 16:36 İdmanGeneral Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını rəhbər tutaraq, Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyası Mingəçevir şəhərində gənclər arasında velosiped çempionatı keçirilib. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, təşkilatçılara öz minnətdarlığını bildirmiş, son illər velosiped idman növlərinin ölkəmizdə inkişafını yüksək qiymətləndirib. Federasiyanın baş katibi Fərhad Əliyev də çıxış edərək, Azərbaycan velosiped idmanına dövlət tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini vurğulamış, gənclərə uğurlar arzu edib. Daha sonra çempionat öz işinə başlamışdır. Çempionatın qaliblərinə kuboklar və Federasiya tərəfindən pul mükafatı təqdim olunub.