Güləşçilərimiz Avropa Oyunlarına hazırlaşır

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir. AGF-dən "OLAYLAR"-a bildirilib ki,  yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edir. Təlim-məşq toplanışına İran İslam Respublikasının yunan-Roma güləşçiləri də qoşulub. 7 idmançı və 5 məşqçi ilə təlim-məşq toplanışına qatılan İran yığmasının heyətində Dünya və Asiya çempionatlarının mükafatçıları Mehdi Zeidvand (66 kq), Said Murad Abdvali (71 kq), Abdulmuhammed Papi (59 kq), Hassan Zeidvand (66 kq) da var. Birgə təlim-məşq toplanışı 3 həftə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31