Rusiyada Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək
10 Aprel 2015 16:35 İdmanRusiyanın paytaxtı Moskva şəhərində Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir. Moskvanın "Redisson Royal, Moskva" mehmanxanasının konqres- parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı göslənilir. Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər. Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31