Rəşad Sadıqov zədələndi
9 Aprel 2015 20:00 İdman"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 29-cu turunda hazırda davam edən AZAL-la oyunun ikinci hissəsində əvəzlənmək məcburiyyətində qalıb. Qol.Az-ın məlumatına görə, buna təcrübəli futbolçunun qasıq nahiyyəsində ağrı hiss etməsi səbəb olub. Oyunu davam etdirə bilməyən Rəşadı 46-cı dəqiqədə İlqar Qurbanov əvəzləyib.
Qeyd edək ki, hazırda davam edən "Qarabağ" - AZAL matçında hesab 2:1 Ağdam təmsilçisinin xeyrinədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31