İtaliya Kuboku: "Yuventus"un rəqibi müəyyənləşdi
9 Aprel 2015 13:01 İdmanİtaliya Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib. Qol.az xəbər verir ki, finala çıxmaq uğrunda görüşdə "Napoli" və "Latsio" komandaları üz-üzə gəliblər.
Romada keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab matçında rəqibinə 1:0 hesabı ilə qalib gələn "Latsio" finala yüksəlib.
Qeyd edək ki, "Latsio" həlledici görüşdə "Yuventus"la qarşılaşacaq. Turin təmsilçisi ötən gün səfərdə "Fiorentina"ya 3:0 hesabı ilə qalib gələrək finalda oynamaq hüququ qazanıb.
8 aprel
İtaliya Kuboku, yarımfinal mərhələsinin cavab oyunu
"Napoli" - "Latsio" - 0:1
Qol: Luliç, 79 (0:1)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31