"Bavariya" yarımfinala penaltilərlə düşdü

Almaniya Kubokunda 1/4 finalın daha iki oyunu keçirilib. Qol.az xəbər verir ki, baş tutan oyunlardan sonra son yarımfinalçılar da müəyyənləşib.
Səfərdə "Arminiya"nın qonağı olan "Borussiya" (Münhenqladbax) klubu 120 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan meydan sahibləri yarımfinala yüksəliblər - 5:4. Bu mərhələnin mərkəzi qarşılaşması Leverkuzendə keçirilib. Burada "Bayer" və "Bavariya" üz-üzə gəliblər. Matçın əsas və əlavə vaxtlarında hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Bavariya" yarımfinala adlayıb - 5:3.

Qeyd edək ki, daha öncə "Borussiya" (Dortmund) və "Volfsburq" komandaları yarımfinala vəsiqə qazanıblar.

8 aprel

Almaniya Kuboku, 1/4 final mərhələsi

"Bayer" (Leverkuzen) - "Bavariya" - 0:0 (Penaltilər seriyası - 3:5)
"Arminiya" - "Borussiya" (Münhenqladbax) - 1:1 (Penaltilər seriyası - 5:4)
Qollar: Junqlas, 26 (1:0), Kruze, 32 (1:1)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31