İngiltərə Kuboku: "Liverpul" yarımfinalda
9 Aprel 2015 12:57 İdmanİngiltərə Federasiya Kubokunda son yarımfinalçı müəyyənləşib. Qol.az-ın məlumatına görə, son görüşdə "Bləkbörn" və "Liverpul" komandaları qarşılaşıb. Liverpulda baş tutan ilk oyunda hesab açılmadığından cütün taleyinə cavab matçında aydınlıq gəlib. Koutinyonun matçın 70-ci dəqiqəsində vurduğu qol "Liverpul"a minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Liverpul" kubokun yarımfinalında "Aston Villa" ilə qarşılaşacaq.
8 aprel
İngiltərə Federasiya Kuboku, 1/4 final
"Bləkbörn" - "Liverpul" - 0:1
Qol: Koutinyo, 70 (0:1)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31