"Çelsi" müdafiəsini kimlə gücləndirəcək?
8 Aprel 2015 19:35 İdmanİngiltərənin "Çelsi" futbol klubu Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummelsi transfer etmək üçün mübarizəyə qoşulub. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, əgər "Çelsi" alman müdafiəçini ala bilməsə, Madrid "Real"ının müdafiəçisi Rafael Varana elçi düşəcək.
Qeyd edək, M.Hummelsi transfer etməyə əsas namizəd "Mançester Yunayted"dir. "Arsenal" da futbolçu ilə yaxından maraqlanır. "Borussiya" M.Hummelsə yeni müqavilə təklif etsə də, hələ ki futbolçu onu imzalamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31