Gənclərin boks yarışı keçirilir

"Doğma yurdum - Qarabağ" adlı gənclərin boks yarışına start verilib. "OLAYLAR"-ın xəbərinə görə,  bu barədə layihənin rəhbəri Əfqan Nəcəfov məlumat verib. Onun sözlərinə görə "Doğma yurdum - Qarabağ" - gənclərin boks yarışı" layihəsinin əsas məqsədi Azərbaycançılıq məfkürəsini, işğal altında olan torpaqlarımızı unutmamağı gənclər arasında təbliğ etmək, bu prinsiplərə sadiq olan və onu dərindən dərk edən istedadlı, öndə olan boksu idmançı gənclərimiz arasında keçiriləcək yarışla onların potensialını üzə çıxarmaqdan ibarətdir. Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə əsasən Bakı şəhərində yerləşən boksla məşğul olan idmançı və eyni zamanda boks idman növünə azarkeşlik edən gənclərimizi əhatə edəcək. Layihədə boksçu gənclərimiz arasında "Doğma yurdum - QARABAĞ"  şüarı altında vətənpərvərlik hissini təbliğ edən idman yarışı keçirilməsi nəzərdə tutulub. Yarışda fəal iştirak edərək müəyyən nəticələr əldə edən gənclərimiz mükafatlandırılacaqlar .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31