Çempionlar Liqası: "Traktor Sazi" liderlə bərabərə qaldı

Asiya Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, D qrupunda mübazirə aparan Təbrizin "Traktor Sazi" klubu "Əl Əhli" ilə qarşılaşıb. Təbriz təmsilçisi qrupdakı vəziyyətini yaxşılaşdırmaq üçün liderlə görüşdən qalib ayrılmalı idi. Əks təqdirdə Cənubi Azərbaycan klubunun işi bir qədər də çətinləşdirəcəkdi. "Traktor Sazi" oyun ərzində iki dəfə hesabda önə keçsə də, sonda üstünlüyü əldən verib - 2:2.

Qeyd edək ki, qrupun digər matçında "Əl Əhli" (Birləşmiş Ərəb Əmirlikləri) - "Nasaf Qarşi" (Özbəkistan) komandaları üz-üzə gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31