Güləşçilərimiz birinci oldu

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.  AGF-dən "OLAYLAR"-a bildirilib ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.
Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay olduğu kimi birinciliklərini qoruyub. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir. Ötən ay keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov (85 kq) 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31