Azərbaycan Premyer Liqasının ən məhsuldar cütlüyü
6 Aprel 2015 16:28 İdmanTopaz Premyer Liqasının 28-ci turunda üz-üzə gələn "Bakı" və "Qarabağ" ölkə çempionatları tarixində 50-ci dəfə qarşılaşıb. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 1:1 hesabı ilə başa çatın oyun iştirakçıları ən çox qol vurulan cütdür. Belə ki, bu komandaların qarşılaşmalarında 123 qol vurulub. Baş tutan 50 matçdakı top fərqində "Qarabağ" öndədir - 69:54. Ümumiyyətlə, Azərbaycan çempionatlarında yalnız 6 cütdə 100 və daha çox qol vurulub.
123 qol - "Qarabağ" - "Bakı" - 69:54 (50 oyun)
112 qol - "Turan" - "Kəpəz" - 56:56 (43 oyun)
111 qol - "Neftçi" - "Bakı" - 70:41 (49 oyun)
111 qol - "Qarabağ" - "Neftçi" - 56:55 (59 oyun)
104 qol - "Neftçi" - "Turan" - 69:35 (44 oyun)
101 qol - "Neftçi" - "İnter" - 61:40 (42 oyun)