Futzal üzrə Azərbaycan milli komandası aprelin 22-dən 24-dək Moldovanın paytaxtı Kişinyovda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz aprelin 23-də Yunanıstan, aprelin 24-də isə Moldova yığma komandası ilə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31