"Fənərbaxça"nın avtobusuna silahlı hücum: sürücü ağır yaralandı
5 Aprel 2015 11:02 İdmanTürkiyənin "Fənərbaxça" komandasının avtobusuna silahlı hücum edilib.Lent.az-ın "musavat.com"-a istinadən məlumatına görə, axşam saatlarında Rizə şəhərindən Trabzona gedən klubun avtobusuna naməlum şəxslər tərəfindən atəş açılıb. Nəticədə avtobusun sürücüsü ağır yaralanıb.Yaralı sürücü polis köməyi ilə ən yaxın xəstəxanaya çatdırılıb. Futbolçular zirehli maşınlarla hava limanına aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31