UEFA-nın reytinq cədvəli açıqlandı

UEFA-ya üzv olan ölkələrin milli komandalarının reytinq cədvəli açıqlanıb. Apasport.az xəbər verir ki, sonuncu dəfə 4 ay əvvəl açıqlanan cədvəldə xeyli dəyişikliklər qeydə alınıb. Yalnız seçmə oyunların nəticələrinin əks olunduğu reytinqdə Azərbaycan millisinin də mövqeyi dəyişib. Yığmamız AVRO-2016-nın Malta ilə seçmə oyununda 2:0 hesabı ilə qalib gəlməklə, hesabını daha da zənginləşdirib. 2014-cü il dekabrın 4-də açıqlanan cədvəldə 14,311 xalı olan komandamız Malta ilə oyuna görə 2,570 xal qazanıb. 4 ay öncə Avropada 47-ci olan millimiz indi 16,881 xalla 42-ci pillədə qərarlaşıb. Yığmamız Kipr, Moldova, Makedoniya, Gürcüstan və Lixtenşteyni keçib.

Qeyd edək ki, Almaniya (39,336), İspaniya (36,803) və İngiltərənin (35,963) yer aldığı ilk "üçlük"də dəyişiklik baş verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31