Güləşçilərimiz dünya kuboku yarışlarına qatılacaq

Aprelin 11-12-də Birləşmiş Ştatların Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, yarışlarda ölkəmizi idmançılar Yaşar Əliyev, Cəlal Süleymanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Maqomed Muslimov (65 kq), Ruslan Dibirhaciyev, Murad Süleymanov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Maqomedov (125 kq) təmsil edəcəklər. Baş məşqçi Saypulla Absaidov və Firdovsi Umudovun rəhbərliyi altında mübarizə aparacaq milli komandamız "B" qrupunda İran, Belarus və Türkiyə yığması ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31