Xabi Alonso "Real"dan ayrılmasının səbəbini açıqladı
3 Aprel 2015 12:23 İdman"Bavariya"nın futbolçusu Xabi Alonso ötən mövsümün sonunda "Real"dan (Madrid) ayrılmasının səbəbini açıqlayıb. Qol.az-ın xəbər verir ki, "FİFA Weekly"yə danışan ispaniyalı futbolçu yeni macəra yaşamaq üçün "Bavariya"ya getdiyini bildirib: "Ötən mövsüm Çempionlar Liqasının finalında əzəli rəqibimiz "Atletiko"nu məğlub etdikdən sonra fərqli macəra yaşamaq istədim. Bu səbəbdən Avropanın ən yaxşı çempionatlarından və komandalarından birinə gəldim. "Real"la 2016-cı ilə qədər müqaviləm olsa da, getməyimə icazə verdiyi üçün Madrid təmsilçisinin rəhbərliyinə təşəkkür edirəm".
Qeyd edək ki, 2009-2014-cü illərdə "Real"ın şərəfini qoruyan Alonso keçirdiyi 158 oyunda 4 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31