"Milan" satıldı

"Milan" futbol klubunun səhmlərinin 75 faizinin çinlilərə satılması barədə razılıq əldə edilib. Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu "Milan"ın prezidenti Silvio Berluskoni deyib. Bununla belə, o, qeyd edib ki, hər şeyin rəsmiləşməsi üçün daha bir neçə ay gözləmək lazımdır: "Qızım Barbara klubun icraçı direktoru vəzifəsində işləməyə davam edəcək". Səhmlərin 75 faizi qarşılığında 1,5 milyard avro ödəniləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31