11 güləşçimiz Dünya Güləş Birliyinin reytinqində

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Son Dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) ötən ay keçirilən Aleksandr Medvedin xatirə turnirində qalib olaraq reytinqdəki mövqeyini qoruyub. Dünya çempionu Hacı Əliyev isə, ötən ay yarışlara 65 kq çəkidə qatıldığına görə, reytinq siyahısında mövqeyində dəyişiklik baş verib. Belə ki, 61 kq çəkidə 2-ci yerdə olan Hacı Əliyev, 65 kq-da 12-ci sırada qərarlaşıb. Bundan başqa, ilk onluqda Məhəmməd Müslümov (65 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifovun (97 kq) da adı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31