Karateçilərimiz beynəlxalq turnirə qatılacaq

Milli karate federasiyasının yeniyetmə və gənclərdən ibarət seçmə komandası Türkiyənin Bursa şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. "OLAYLAR"-ın xəbərinə görə, 12 nəfərlik heyətə 16-18 yaşlı gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi Şahin Xudaverdiyev rəhbərlik edəcək. Əməkdar məşqçi 5 idmançını - Mircəlal Ələkbərovu (-55 kq), Elcan Məmmədrzayev (-61 kq), Elman Babayev (-76 kq), Emil Güləhmədov (+76 kq) və Şölə Həsənovanı bir daha sınaqdan çıxaracaq. 14-15 yaşlı yeniyetmələr arasında Hümmət Baxşəliyev (-52 kq), Fidan Teymurova və İnji Əzizova (hər ikisi -47 kq), Renata Ərəbli və Emiliya Mitlimova (hər ikisi -54 kq), eləcə də Bəsti İsmayılova (+54 kq) tatamiyə çıxacaq.  Kata yarışlarnda Roman Heydərov komandamızı təmsil edəcək. Milli dərəcəli hakim Mehman Əlirzayev isə yarışı idarə edən hakimlər arasında olacaq. Aprelin 2-də Bursaya yola düşən heyət 4 gün sora Bakıya dönəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31