Güləşçilərimiz Türkiyəyə gedir
1 Aprel 2015 15:54 İdmanAprelin 4-5-i tarixlərində Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunmuş 33-cü beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a daxil olan məlumata görə, Ahmet Cömert İdman Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək. Turnirdə 9 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu qarşıdan gələn Avropa Oyunlarına hazırlıqları yoxlamaq məqsədilə bu dəfə Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Murad Məmmədov, Elman Muxtarov (hamısı 59 kq), Rüstəm Əliyev (71 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq) və Saman Təhmasibiyə (98 kq) şans verəcək. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31