Futbol klubu 3-cü qardaşı da transfer etdi
1 Aprel 2015 13:52 İdmanİsveçin "Kalmar" klubu maraqlı transfer həyata keçirib. Lent.az-ın məlumatına görə, isveçlilər "Alkmar"ın futbolçusu Viktor Elmi heyətlərinə qatıblar. Maraqlısı budur ki, Viktor "Kalmar"da Elm soyadı ilə çıxış edəcək 3-cü futbolçu olacaq. Onun qardaşları Rasmus və David də bu klubun üzvləridirlər. David 2013-cü ildən "Kalmar"ın formasını geyindiyi halda, Rasmus bir neçə həftə öncə adıçəkilən kluba qayıdıb. Elə yeni transfer Viktor Elm də "Kalmar"ın öz yetirməsidi. Bu "trio" əvvəl də birlikdə "Kalmar"ın şərəfini qoruyub. Adıçəkilən klub məhz həmin dövrdə, daha dəqiq desək, 2008-ci ildə tarixində yeganə İsveç çempionluğunu əldə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31