Nazir qalib idmançılarla görüşdü
31 Mart 2015 17:35 İdmanGənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşüb. Nazirlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, Azad Rəhimov idmançıların yarışlar zamanı qızıl, gümüş və bürünc medallar qazanmasını ilk Avropa Oyunları ərəfəsində vacib hesab edib. Nazir qeyd edib ki, Avropa Oyunları ilk dəfə olaraq Azərbaycanda keçirilir, xalq tərəfindən də bu Oyunlara böyük dəstək var: "Biz bu dəstəyi, bu etimadı doğrultmalıyıq. Bizim təklifimiz ilə karatenin ilk Avropa Oyunlarının proqramına salınması vacib məsələdir. Biz bilirik ki, bizim yığmamız çox güclüdür, bu idman növü Azərbaycanda çox populyardır, geniş yayılıb". Nazir deyib ki, Azərbaycanda karateçilərin məşqləri, onların tibbi müayinədən keçməsi üçün bütün şərait yaradılıb.