Samir Ələkbərova yeni vəzifə verildi

AFFA və Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində Bakıda fəaliyyət göstərən "Mançester Yunayted" Futbol Məktəbində məşqçi dəyişikliyi baş verib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, aprelin 1-dən etibarən Samir Ələkbərov məktəbdə ingiltərəli mütəxəssis Mick Bennettin köməkçisi vəzifəsində çalışmağa başlayacaq.

Qeyd edək ki, daha öncə bu vəzifədə Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi olan Elxan Abdullayev çalışırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31