AFFA AZAL-ın şikayətini rədd etdi
31 Mart 2015 13:38 İdmanBu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Qol.Az-ın AFFA-nın saytına istinadnən yaydığı xəbərə görə, iclasda AZAL-ın futbolçusu Rəşad Abdullayev barədə müraciətə baxılıb. Müzakirələrdən sonra qəbul edilən qərara əsasən, AZAL-ın müraciəti təmin olunmayıb. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılıb. Xatırladaq ki, R.Abdullayev Azərbaycan Premyer Liqasının 25-ci turunda "Bakı"ya qarşı matçda rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31