AFFA yoldaşlıq oyunu ilə bağlı danışıqlar aparır
31 Mart 2015 13:17 İdmanAvro-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Azərbaycan milli komandası rəqib meydanında Norveç yığması ilə qarşılaşacaq. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu oyuna hazırlıq məqsədilə iyunun əvvəllərində yoldaşlıq oyunu keçirmək üçün AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan - Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31