Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək
30 Mart 2015 19:28 İdmanRusiya Federasiyasında dünya şöhrətli mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili verib. Bildirib ki, turnir ASGA-nın Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq. Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində Azərbaycan və Rusiya şahmatçıları ilə yanaşı digər ölkələrin şahmatçılarının da mübarizə aparacağı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31