Avropa çempionatı başa çatdı
30 Mart 2015 15:07 İdmanPolşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparıb. Çempionatın son günündə 66, 75, 85 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 85 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Dünya və Avropa çempionu İslam Abbasov yarışa Ukrayna və İsveç güləşçiləri üzərində ardıcıl qələbə ilə başlayıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşdə uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rusiya idmançısı ilə bərabər səviyyəli görüşdə qalib olan İslam bürünc medal uğrunda həlledici görüşə çıxıb. Bolqarıstan idmançısı üzərində qələbə güləşçimizə bürünc medal qazandırıb. Xatırladaq ki, yunan-Roma güləşçilərinin yarışında ilk gün Eldəniz Əzizli (59 kq) də bürünc medal qazanıb.