"Qarabağ"ın futbolçusunun komandası ermənilərə dərs keçdi

AVRO-2016-nın seçmə mərhələsinin növbəti oyunları keçirilib

AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları keçirilir.

ANS PRESS-in məlumatına görə, Almaniya səfərdə Gürcüstana 2:0 hesabı ilə qalib gəlib.

Matçın 39-cu dəqiqəsində Marko Reus fərqlənib. Bu qoldan 5 dəqiqə sonra Tomas Müller fərqi ikiyə çatdırıb. Matç bu hesabla da başa çatıb: 2:0

Qarşılaşmada Bakının "İnter" klubunu çalışdıran Kaxaber Sxadadzenin millidə ilk seçmə oyunu oldu.

Albaniya millisi isə evdə Ermənistana qalib gəlib. Oyunun 4-cü dəqiqəsində ermənilər irəli keçib. Yura Movsisyan fərqlənib. Lakin 77-ci dəqiqədə Mergim Mavray vurduğu qolla hesabı bərabərləşdirib. 82-ci dəqiqədə isə Şkelzen Qaşi Albaniyanın qələbə toöpunu vurub: 2:1.

"Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya millisinin start heyətində oynayırdı. Albaniya millisinin əsas üzvlərindən olan müdafiəçi oyunu ilə diqqəti özünə cəlb edə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31