Rusiya qapıçıya görə 3 xal tələb edir

Rusiya Futbol Federasiyası dünən yarımçıq dayandırılan Çernoqoriya ilə matçın yenidən keçirilməsinin əleyhinədir.

 

Axar.az xəbər verir ki, bu barədə danışan Rusiya İdman naziri Vitali Mutko matçın yenidən keçirilməsi barədə qərara etiraz edib:


"Biz 19 saat ərzində etirazımızı bildirə bilərik. Ümid edirəm ki, UEFA düzgün qərar çıxaracaq".

 

Qeyd edək ki, Rusiya millisinin qapıçısı İqor Akinfeyev dünən keçirilən matçın əvvəlində zədələnib. Buna səbəb tribunalardan atılan fayer olub. Bundan sonra hakim oyunu yarımçıq dayandırmaq barədə qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31