AVRO 2016-nın nəticələri: İngiltərə və Avstriyadan darmadağın
Monteneqro – Rusiya matçı isə yarımçıq dayandırılıb
28 Mart 2015 07:25 İdmanÖtən gün futbol üzrə Avropa çempionatı - 2016-nın seçmə mərhələsində V turun oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, ilk oyun günündə C, E və G qruplarında mübarizə aparan komandaların qarşılaşması baş tutub.
C qrupunda son Avropa çempionu İspaniya millisi öz meydanında Ukraynanı sınağa çəkib və 28-ci dəqiqədə Alvaro Moratanın vurduğu tək qol Visente del Boskenin yetirmələrinə 3 xal qazandırıb. Qrupun digər oyunlarında Slovakiya millisi autsayder Lüksemburqa 6:0, Belarus isə Makedoniyaya 2:1 hesabı ilə qalib gəlib.
E qrupunun lideri İngiltərə yığması evdə Litva ilə münasibətlərini aydınlaşdırıb. Unguluslər 4:0 hesabı ilə qələbə qazanıb. Qrupdakı digər oyunlarda Sloveniya öz meydanında San Marinonu - 6:0, İsveçrə isə Estoniya 3:0 hesabı ilə məğlub edib.
G qrupunda keçirilən Monteneqro - Rusiya matçı isə yarımçıq dayandırılıb.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı H qrupunun matçları bu gün keçiriləcək.
AVRO-2016-nın seçmə mərhələsi, V tur
C qrupu
İspaniya - Ukrayna - 1:0
Qol: Morata, 28
Slovakiya - Lüksemburq - 3:0
Qollar: Nemeç, 10, Veiss, 21, Pekarik, 40
Makedoniya - Belarus - 1:2
Qollar: Traykovski, 9 - Kalaşev, 44, Bordaçev, 82
E qrupu
İngiltərə - Litva - 4:0
Qollar: Runi, 7, Uelbek, 45, Sterlinq, 59, Kane, 73