Portuqaliya bizdən üstün oldu - 0:5
26 Mart 2015 18:55 İdman16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib.
Trend AFFA-ya istinadən məlumat verir ki, portuqaliyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olub.
Oyunun 1-ci dəqiqəsində yığmamızın üzvü Aqşin Hüseynov qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.
Yığmamız növbəti oyununu martın 27-də Rusiya komandasına qarşı keçirəcək.
Milli.Az
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31